Canavarlar və kəndlilər: kimin hüquqları daha çox qorunur... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Hadisə

Canavarlar və kəndlilər: kimin hüquqları daha çox qorunur...

Canavarlar və kəndlilər: kimin hüquqları daha çox qorunur...

Azərbaycanda kəndlərə canavar hücumları kəskin şəkildə artıb. Son vaxtlar yırtıcılar təkcə mal-qara sürüsünə deyil, kənd sakinlərinin özlərinə də xəsarətlər yetirirlər. Heyvan tələfatı və insan xəsarəti ilə nəticələnən bu hücumlarla bağlı xəbərlər artıb.

Məsələn, ötən gün Salyan rayonunun Xıdırlı kəndində yaşayan 61 yaşlı Rəcəb Qədirov canavarların hücumuna məruz qalıb. O, üzündən xəsarət alsa da, vəhşi heyvanı boğub öldürüb. Oxşar hadisə bir neçə gün öncə Zaqatalada da baş verib. Rayonun Aşağı Çardaqlar kənd sakini, 16 yaşlı Məhəmməd Məmmədov qoyun otaran zaman canavar hücumuna məruz qalıb. O, kəllənin gicgah nahiyəsindən xəsarət alıb. Həmin gün rayonun daha bir sakini - Zaqatala Sərhəd Dəstəsinin əsgəri Bəxşiş Əsgərov isə bədənin kürək nahiyəsinin dişlənmə yarası xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.



“15 qoyunumu parçalayıb, 15-ni yaralayb...”

İyulun 16-da canavarlar Ağstafanın Xəlfəli kəndinin kənd sakini Camal Vəliyevin həyətinə hücum çəkərək tövlədəki 15 qoyunu parçalayıb öldürüb, 14 qoyunu yaralayıb. Camal Vəliyev deyir, hadisə gecə saatlarında baş verib: “Neçə gündür əlimizdə bel, yaba, səhərəcən mal-heyvanın keşiyini çəkirik. Sübh tezdən oyandım, heyvanların saxlandığı tövləyə yaxınlaşdım ki, heyvanları çölə çıxarıb, otlağa aparım. Baxdım ki, hamısı yerə sərilib, hər yer qana boyanıb".

Canavarlar və kəndlilər: kimin hüquqları daha çox qorunur...


Beləcə, Camal Vəliyevin heyvandarlıq təsərrüfatı məhv olub. Kəndliyə ən azı 5-6 min manatlıq ziyan dəyib. Kəndlilər deyir, yırtıcıların kəndə hücumu ilk hadisə deyil. Daha əvvəl İsa adlı kəndlinin də bir neçə qoyununu canavar parçalamışdı: "Məndən sonra qonşunun bir atı parçalandı. Kəndin o biri başında gündüz çağı bir qapıda eşşək parçalandı... Çox təhlükəli şəraitdə yaşayırıq. Bir azca qaş qaraldı, gərək girib oturasan evdə. Bilmirsən öz canını qoruyasan, yoxsa mal-heyvanı... Yolla gedəndə qəfil üstünə canavar, tülkü tullanır. Dəfələrlə müraciət etmişik ki, yırtıcı heyvanların kəndə axınının qarşısını almaq üçün tədbir görülsün. Ancaq tədbir görülmür, əvəzində yırtıcı sürüləri günbəgün genişlənir", - deyə kənd sakini narazılıq edir.

Ötən ay da Salyan rayonunun Şəkərli kəndində canavar odun yığan bir neçə qadına hücum edərək onları yaralamışdı. Təsərrüfatları ziyan çəkmiş sakinlərin əksəriyyəti yırtıcılarla mübarizə aparmaqda çətinlik çəkdiklərini bildirirlər. Bu heyvanların ovlanmasına qadağa qoyulması hücumların intensivləşməsi, yırtıcılarının sayının artmasına gətirib çıxarır. Ortaya sual çıxır, canavarlar daha əzizdir, yoxsa kəndlilər?



Ekoloq: “Heyvanları meşəyə aparmaq olmaz...”



Bəzi ekspertlər vəhşi heyvanların kəndlərə hücumlarının çoxalmasını insan faktoru ilə əlaqələndirirlər. "Ekoleks" Ekoloji Hüquq Mərkəzinin rəhbəri Samir İsayevin virtualaz.org-a bildirdiyinə görə, yırtıcıların hücumları insanların təbiətə daha çox müdaxilə etməsilə bağlıdır: “Son vaxtlar yırtıcı heyanların hücumu onların artması və ya ovun qadağan olumasıyla bağlı deyil. İnsanlar vəhşi heyvanların arealına maksimal dərəcədə müdaxilə edirlər. Yaşayış məskəninə müdaxilə etmək olmaz, vəhşi heyvanlar da nəsə yeməlidirlər. Onlar ərzaq tapa bilməyəndə insanların otardığı heyvanlara hücum edirlər. Əslində mal-qara örüşdə otarılmalıdır, ora çox istisna hallarda yırtıcı girə bilər, heyvanları meşəyə aparmaq olmaz. Bundan başqa, meşələrə qanunsuz müdaxilə edirlər, çadırlar qururlar, səs-küy salırlar, onların ovunu məhv edirlər. Orada yaşayan yırtıcılar da həmin arealları tərk edirlər. Bu isə ona gətirir ki, yırtıcıların ov arealları daralır”, - deyə ekspert bildirir.

S. İsayevin sözlərinə görə, insan təbiətə hücum edir və təbiət də buna görə insandan qisas alır.

Canavarlar və kəndlilər: kimin hüquqları daha çox qorunur...


Canavarların hüquqları: nazirlik deyir ki, beynəlxalq konvensiya var...



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə isə hesab edir ki, nazirlik vəziyyəti izləyir və nəzarət edir. Nazirlik rəsmisinin virtualaz.org-a bildirdiyinə görə, Azərbaycanın qoşulduğu konvensiyalara görə, bu heyvanları öldürmək olmaz.

Canavarlar və kəndlilər: kimin hüquqları daha çox qorunur...


“Azərbaycan müstəqil olandan sonra bir sıra konvensiyalara qoşulub və onlardan biri 1999-cu ildə qoşulduğumuz “Avropanın vəhşi təbiətinin, yabanı florasının mühafizəsi” konvensiyasıdır. O vaxtdan yırtıcı heyvanlar, o cümlədən canavarların öldürülməsi qadağandır. Əvvəllər sovet dövründə canavarları vuranlara mükafat verilirdisə, artıq Avropanın bir üzvü kimi biz də onların sayının mühafizəsi ilə bağlı öhdəlik götürmüşük”-Hikmət Əlizadə bildirir.

Bəs kəndlilərə ziyan vuran, onların təsərrüfatını məhv edən, hətta insanlara hücum edən yırtıcıların vurulması doğurdanmı ekologiyaya ziyan vura bilər?



Canavarlar qoyunları parçalayır, sonra rəsmi məlumat nazirliyə daxil olur

Canavarlar və kəndlilər: kimin hüquqları daha çox qorunur...


H. Əlizadə deyir ki, çox nadir hallarda - quduzluq olanda canavarlar kəndlərə də hücum edə bilərlər və nazirlik bu cür halların qarşısını almaq üçün tədbirlər görür: “ETSN 2006-cı ildə yırtıcıların insanlara hücumlarının qarşısının alınması üçün rayon şöbələrinə göstərişlər verib və komissiyalar yaradılıb. Əgər bizə hər hansı rəsmi məlumat daxil olarsa, komissiyalar ərazilərə gedir. Komissiya mütəmadi belə yırtıcı hücumları qeydə alınırsa, canavarın və ya hansısa təhlükəli yırtıcı növünün sayını tənzimləyə bilər. Biz konvensiyaya nəticələr haqqında məlumat veririk və bildiririk ki, bu vətəndaşların təhlükəsizliyi nöqteyi-nəzərindən həyata keçirilib. Çünki dövlətimizin əsas vəzifəsi vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir”, - deyə nazirlik rəsmisi bildirir.



Canavar vurmağa görə min manat, üstəgəl 10 manat...



Ölkədə canavar və çaqqallar tərəfindən insanların dişlənməsi halları üzrə statistik rəqəmlər ayrılıqda qruplaşdırılmadığından bu heyvan dişləmələri ilə bağlı rəsmi statistikanı əldə edə bilmədik. Hazırda ölkədə quduzluqla əlaqədar aparılan tədbirlər isə demək olar ki, sahibli həyət itlərini əhatə edir. Bu vəhşi heyvanlar dişləmə, cırmaqlama yolu ilə, habelə tüpürcək vasitəsilə insanı ölümlə nəticələnən yoluxucu xəstəliyə - quduzluğa da yoluxdura bilərlər.

Məlumat üçün bildirək ki, canavarın qanunsuz ovlanmasına görə min manat və təbiətə vurulan ziyana görə 10 manat məbləğində cərimə tətbiq olunur. Bu isə o deməkdir ki, yalnız həyati təhlükə olarsa, canavarı vurmaq olar, əlbəttə canavar silahı doldurmağa imkan versə...

Qoyunların hüquqları haqda isə beynəlxalq konvensiya hələlik yoxdur, qaldı kəndlilərin öz heyvanlarını yırtıcılardan qorumaq hüquqlarına, belə görünür ki, bu məsələdə əməlli-başlı dilemma yaranıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 20 dekabr 2017 11:15
  • Yazan: xcv xcv
<P>Starting nike roshe run an environment nike factory outlet while beats by dre sale practicing cheap nike shoes millennials</P>
<P></P>
<P>Body of nba jerseys water Brantley beats earbuds graduate Adidas Superstar Black And White student Neamen informed, adidas originals The Sentinel's beats earphones males nike shox clearance record and as cheap beats headphones a cheap nike basketball shoes consequence job cheap nike running shoes player of the

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *