Nazir: İşıq və qazın qiymətinin artırılması büdcəyə milyonlar qazandıracaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Nazir: İşıq və qazın qiymətinin artırılması büdcəyə milyonlar qazandıracaq

Nazir: İşıq və qazın qiymətinin artırılması büdcəyə milyonlar qazandıracaq


2017-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərinin artırılması təklif olunur.

Aznews.info APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, Tarif Şurasının bəzi kommunal xidmətlərin qiymətlərinin diferensiallaşdırılması ilə əlaqədar gələn ilin dövlət büdcəsində gəlir və xərclər 300 milyon manat artırılıb.

Başqa sözlə, gələn ilin dövlət büdcəsinin gəlirləri 1,88%, xərcləri isə 1,81% artırılıb.

Bununla da gələn il dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat, xərcləri 16 milyard 900 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 milyard 634 milyon 706 min manat, yerli gəlirləri 620 milyon 294 min manat, mərkəzləşdirilmiş xərcləri 16 milyard 211 milyon 286 min manat, yerli xərcləri 688 milyon 714 min manat) məbləğində nəzərdə tutulur.

Qeyd edək ki, buna qədər gələn il dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat, xərcləri 16 milyard 600 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 milyard 334 milyon 706 min manat, yerli gəlirləri 620 milyon 294 min manat, mərkəzləşdirilmiş xərcləri 15 milyard 911 milyon 286 min manat, yerli xərcləri 688 milyon 714 min manat) məbləğində nəzərdə tutulmuşdu.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *