Naxçıvanın dövlət büdcəsi təsdiqləndi
Naxçıvan Muxtar Respublikasının (MR) 2016-cı il dövlət büdcəsi təsdiqlənib.
Oxu.Az rəsmi qəzetə istinadən xəbər verir ki, MR-in dövlət büdcəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası zamanı təsdiq edilib.
Sessiyada Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin gəlirləri 69 milyon manat, xərcləri 351 milyon 350 min manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dоtasiya 282 milyon 350 min manat (о cümlədən, mərkəzləşdirilmiş gəlirləri 47 milyon 270 min manat, yerli gəlirləri 21 milyon 730 min manat və mərkəzləşdirilmiş xərcləri 254 milyon 281 min manat, yerli xərcləri 97 milyon 69 min manat) məbləğində təsdiq edilib.
Mənbə:> Oxu.Az