Azərbaycanlı nazir: Neft Fondunun gəlirləri artacaq
“Dövlət Neft Fondunun (SOFAZ) 2017-ci il üçün büdcəsinin gəlirləri 8 milyard 370,6 milyon manat nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 4 milyard 889,1 milyon manat və ya 2,4 dəfə çoxdur”.
Aznews.info Report-a istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov büdcə layihəsi ilə bağlı komitələrinin birgə müzakirəsində bildirib.
Onun sözlərinə görə, Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin xərcləri 6 milyard 951,3 milyon manat təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 3 milyard 685 milyon manat və ya 34,6% azdır.
Mənbə:> Report.az