Bağla

AzNews.info



Bölmə: İqtisadiyyat

Nazir: Qeyri-neft sektorundan vergi daxilolmaları artıb

Nazir: Qeyri-neft sektorundan vergi daxilolmaları artıb


“2015-ci il ərzində dövlət büdcəsinə vergi daxilolmalarının ümumi məbləği 7 milyard 118,2 milyon manat, o cümlədən neft sektorundan daxilolma 2 milyard 89,9 milyon manat (29,4%), qeyri-neft sektorundan daxilolma 5 milyard 28,3 milyon manat (70,6%) təşkil edib”.

Oxu.Az xəbər verir ki, bu barədə Vergilər Nazirliyində təşkil edilmiş kollegiya iclasında çıxışı zamanı vergilər naziri Fazil Məmmədov deyib.

“2016-cı ilin ilk yarımilliyi ərzində bu göstəricilər müvafiq olaraq 3 milyard 190,1 milyon manat, o cümlədən qeyri-neft sektoru üzrə 2 milyard 495,4 milyon manat (78,2%) təşkil edib ki, bu da ötən ilin müvafiq hesabat dövrü ilə müqayisədə qeyri-neft sektorundan daxilolmaların 9,7% artdığını göstərir”, - deyə nazir bəyan edib.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *