"Sanki bir quş idi, uçurtdum getdi" » AzNews.info -Xəbər portalı

Bölmə: Gənclik, Ədəbiyyat

"Sanki bir quş idi, uçurtdum getdi"

"Sanki bir quş idi, uçurtdum getdi"


Daimi yazarlarımızdan olan Nərmin Şamilbəyli "O getdii..." adlı yeni şeirini AzNews.info oxucuları ilə bölüşür:

Gəlişi bir an olmadı,
İstisi evimə həyan olmadı.
Əllərim köksündə yuva qurmadı.
Yuxudaydım sanki, mürgüləyirdim..
Gözümü açanda bildim:
O getdi....
O getdi..
Ruhumu apardı getdi,
Sevinci, nəşəmi qopardı getdi,
Həyat bağçamızın nübar anında
Bağımın meyvəsin qopardı getdi..
Gec idi görəndə..artıq,
O getdi...
O getdi...
Fəsillər bitdi, iqlim dəyişdi,
Yayı payızına, qışa birləşdi.
Sanki bir fəsildi, yaz kimi gəldi,
Qış kimi gedincə, mövsümü bitdi..
Gülümü solduran o qəfil qonaq
Sanki bir quş idi, uçurtdum getdi,
Qayıtmadı bir də.....
O getdi....

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *