Ona dinsiz deyənlər bu videoya baxıb utanacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya, Video

Ona dinsiz deyənlər bu videoya baxıb utanacaq – VİDEO

Ona dinsiz deyənlər bu videoya baxıb utanacaq


Ötən gün dünyasını dəyişən məşhur türk aktyoru barədə sosial şəbəkədə xoşagəlməz fikirlər yayılıb.

ANS PRESS-in məlumatına görə, qaraciyər xəstəliyindən aprelin 22-dən bəri xəstəxanada müalicə olunan aktyorun cümə günü səhər saatlarında gözlərini əbədi yumması ilə milyonların könlündə taxt quran komediya aktyoru ilk dəfə güldürmədi.

Ölümü ilə bağlı internet portallarında sosial şəbəkələrdə bəziləri kədərini ifadə etdiyi halda, bəziləri isə dinsiz olduğu üçün cəhənnəmə yollandığını, daha bir dinsizin dünyadan azaldığını yazıblar.

Buna səbəb kimi aktyorun çıxışlarının birində ilk dəfə teatra gələrkən səhnəyə çıxdıqları teatrda sonradan namaz qılındığını görüb buna qarşı fikrini bildirməsi olub. Bu sözlərindən sonra onu din düşməni kimi qəbul etməyə başlayıblar. Daha sonra calı efirlərdən birində qonaq olan Alasya həmin çıxışla bağlı, eləcə də haqqında dinsiz olduğu barədə yayılan fikirlərə aydınlıq gətirib.

“Məni tanıyan bilir; mən inanclı biriyəm – ibadətin çox müqəddəs bir əməl olduğunu, namaz qılmağın, islamın fərz qıldıqlarının lazımi və müqəddəs olduğunu yaxşı bilirəm. Durub indi elə bir söz deyərəm?” – deyə Z.Alasya söylədiyi sözlərin səhv başa düşülməsindən söz açıb.

Daha sonra o, ibadətlə məşğul olan insanların özlərini bu əməlləri ilə öyməsinə də toxunub: “Amma bir məqama uşaqlıqdan dözə bilmirəm. İbadət qulla Allah arasında qalmağı lazım olan çox müqəddəs bir əməldir. Hamı görsün, hamı bilsin deyə edilməməlidir.”

Qeyd edək ki, 18 aprel 1943-cü il təvəllüdlü Alasya 72 yaşında idi.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *