Venesuela məmurları isti havaya görə az işləyəcəklər
Venesuela hökuməti dövlət qulluqçularının iş saatını səkkiz saatdan beş saat yarıma qədər azaltmaq qərarına gəlib.
Oxu.Az BBC News-a istinadən xəbər verir ki, ölkənin baş naziri Xorxe Arreazanın (Jorge Arreaza) sözlərinə görə, anormal istiyə görə Karakas kondisionerlərə istifadə edilən elektroenerjiyə qənaət etməlidir.
Venesuelalıların iş saatı 7.30-dan 13.00-a qədər davam edəcək. Arreaza yerli sakinləri kondisionerdən istifadə etməməyə çağırıb. Vitse-prezidentin sözlərinə görə, özəl şirkətlər, onlara məxsus generatorlardan istifadə edəcəklər.
Bu tədbirlərin nə vaxta qədər davam edəcəyi bəlli deyil.
Hal-hazırda Venesuela neftin qiymətinin ucuzlaşmasına görə, iqtisadi böhran yaşayır. Ölkədə inflyasiya və əsas malların çatışmazlığı müşayiət edilir.
Mənbə:> Oxu.Az