Kraliçaya "sən" deyən jurnalistin başına nə gəldi?
Danimarka kraliçası II Marqrete keçirdiyi mətbuat konfransında "sən" deyə müraciət edən gənc jurnalistə xəbərdarlıq edib.
ANS PRESS-in məlumatına görə, vasvası bir insan kimi tanınmaq istəmidiyi deyən kraliça bildirib ki, bütün hallarda aralarında sinif fərqi var.
“Çox vasvası və prinsipial bir insan kimi görünmək istəmirəm. Amma yenə də hesab edirəm ki, eyni sinifə mənsub deyilik və aramızda sənli-mənli danışa bilmərik”.
Bu xəbərdarlıqdan sonra kraliçaya "siz" deyə müraciət edən jurnalist verdiyi sualın sonunda yenə də "sən" deyir. Onun bu diqqətsizliyi qarşısında kraliça II Marqrete sadəcə rəbəssüm edir.
Qeyd edək ki, atası IX Fredrikin oğlu olmadığı üçün 1972-ci ildə taxta çıxan II Marqrete sabah 75 yaşını qeyd edəcək.
Mənbə:> ANSPRESS