NASA Saturn halqasının keyfiyyətli şəkillərini təqdim edib
“Kassini” kosmik aparatı Saturn halqasının detallı fotolarını təqdim edib.
Oxu.Az xəbər verir ki, şəkillər NASA-nın saytında dərc edilib.
Yüksək keyfiyyətli təsvirlərdə diametri 550 metrə çatan obyektləri görmək mümkündür.
Fotolar qaz nəhənginin halqa sisteminin kənarından keçərkən çəkilib. Nəticədə “saman çöpü” (straws) və “propeller” (propellers) kimi kiçik strukturların şəklini çəkmək mümkün olub.
Halqanın ətrafında uçuş 2016-cı ilin noyabr ayından başlayıb. Həmin dövrdə “Kassini” “Halqalara toxunan orbitlər” (Ring-Grazing Orbits) adlanan sonuncu missiyasına başlamışdı. Aparat ümumilikdə planet ətrafında 20 dövrə vurmalıdır.
“Kassini” – 1997-ci ilin oktyabrın 15-də Saturnun tədqiq edilməsi üçün fəaliyyətə başlayan planetlərarası avtomatik stansiyadır.
Mənbə:> Oxu.az