Türkiyədə “Doğan” holdinqin əməkdaşlarının şəxsi əşyalarına baxış keçirilib » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Türkiyədə “Doğan” holdinqin əməkdaşlarının şəxsi əşyalarına baxış keçirilib

Türkiyədə “Doğan” holdinqin əməkdaşlarının şəxsi əşyalarına baxış keçirilib


Türk polisi apardığı axtarışlardan sonra “Doğan” holdinqin sabiq baş direktoru və baş hüquq məsləhətçisini saxlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Türkiyənin “Doğan Holding” şirkəti KİV, maliyyə, turizm və energetika sahəsində fəaliyyət göstərir, “Hürriyet” qəzeti və “CNN Türk” kanalının sahibidir.

Şirkətdən bildiriblər ki, axtarışlar yalnız şəxsi ofislərdə və iki əməkdaşın evində aparılıb, hüquq-mühafizə orqanlarının axtarışları şirkətin fəaliyyətinə təsir etməyib.

Polis Ankaranın iyul ayında hərbi çevrilişə cəhdin təşkilində ittiham etdiyi müxalif islamçı Fətullah Gülənin fəaliyyətinə şirkətin aid olmasının yoxlanılmasına dair iş çərçivəsində hərəkət edirdi.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *