"Əlimdə çox gözəl qadınlar var, istəsən..."
Türkiyənin Adana şəhərində özünü polis kimi təqdim edən Emin Salkandan 770 lirə alan 37 yaşlı Doğan Tıraş, parkdaki mühafizəçi dəstəsi tərəfindən yaxalanıb.
ANS PRESS-in məlumatına görə, istirahət parkına gələn Doğan Tıraş tək başına oturan Emin Salkanın yanına yaxınlaşıb, onu siqaretə qonaq edərək qadın təklif edib: "Əlimdə çox gözəl qadınlar var, istəsən sənin üçün təşkil edərəm" - deyib.
Söhbət əsnasında özünü polis kimi təqdim edən Doğan Tıraş, "Mən polisəm, danışdıqlarımın hamısını yazdım. İndi səni polisə aparıb, fahişəliyə cəlb etmə cinayəti ilə ittiham edəcəm" deyərək təhdid edib. Həbsə düşməkdən qorxan Emin Salkan canını qurtarmaq üçün Doğan Tıraşa pul təklif edir. Təklifi qəbul edən Doğan Tıraş, Emin Salkanın cibindəki 770 lirənin hamısını alır.
Salkan parkdan çıxarkən başına gələnləri mühafizə dəstəsinə danışır. Onun bu şikayətindən sonra Doğan Tıraşı taqib edilir. Bir müddət parkda oturan Doğan Tıraş, mühafizə dəstəsinə də özünü polis kimi tanıdıb, onlardan şəxsiyyət vəsiqələrini göstərmələrini istəyir. Gerçək polis vəsiqəsini göstərib Doğan Tıraşı yaxalayıb.
Mənbə:> ANSPRESS