Türkiyədəki 15 iyul hadisələri “Petkim”in fəaliyyətinə təsir etməyib
Cari ilin II rübündə şirkətin mənfəəti 373 milyon Lirə təşkil edib və bu 2015-ci ilin eyni dövrü ilə müqayisədə 63% artım deməkdir.
Oxu.Az xəbər verir ki, bu sözləri kapital bazarları üzrə mütəxəssis Cəfər İbrahimli bildirib.
Onun sözlərinə görə, şirkətin mənfəətinin artma performansına paralel olaraq Borsa İstanbulda ticarət olunan səhmlərin dəyəri də cari il ərzində 55% dəyər qazanıb.
“Türkiyədə son baş verən 15 iyul hadisələri zamanı da şirkətin səhmlərinin ciddi dəyər itirməyəcəyini bildirmişdik və bu gün etibari ilə bu təxminlərdə özünü doğrultdüğünü müşahidə etmək mümkündür”.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli