Moskvadan uçan təyyarə erməninin qalmaqalına görə Kanadada eniş edib – VİDEO
“Aeroflot” aviaşirkətinin Los-Anceles-Moskva reysi üzrə uçan təyyarəsi Kanadanın Baffin torpağı adasının “İkaluit” aeroportunda məcburi eniş etməli olub.
Oxu.Az bu barədə Life.ru-ya istinadən xəbər verir.
“Təyyarədə destruktiv sərnişin var idi. Bununla əlaqədar heyət eniş etmək və bu sərnişinin reysdən kənarlaşdırılmasına dair qərar qəbul etdi”, - Rusiya aviadaşıyıcısının nümayəndəsi Maksim Fetisov bildirib.
Daha sonra internetdə qırmızı qısaqol köynək geyinmiş kişinin erməni dilində bələdçiyə və sərnişinlərə nə isə qışqırdığı əks olunan video yayılıb.
Sərnişinlər onun, hamının öləcəyi, terrorçular və Putin haqqında danışdığını bildiriliblər. Daha sonra o, qəza çıxışını açmağa çalışıb.
Baş bələdçi Yevgeniya Romanova kişini birdən-birə yerindən qalxaraq qışqırmağa başladığını və dirsəyi ilə yanında oturanlara vuraraq əl-qol ataraq hamını öldürəcəyini dediyini bildirib.
Stüardessaların köməyinə həmin reysdə uçan məşhur rusiyalı boksçu, ağır çəkidə WBA Super və IBF çempionu Denis Lebedev və akter Vladimir Sıçev gəlib. Onlardan müdaxilə etməmək xahiş edilib.
Sərxoş sərnişini təyyarədən düşürərkən o, ingilis dilində “Mənim vətənim –Rusiyadır, mənim vətənim - Ermənistandır!” qışqırıb.
Mənbə:> Oxu.az