İngiltərədən Hindistana uçan təyyarə Bakıda təcili eniş etdi
İngiltərənin paytaxtı Londondan Hindistanın Mumbay şəhərinə uçan təyyarə Bakının Heydər Əliyev adına Hava limanına təcili eniş edib.
Oxu.Az-ın məlumatına görə, hadisə ötən gün baş verib.
Bildirilir ki, “Air İndia” şirkətinə məxsus göyərtəsində 229 nəfərin olduğu Boeing Dreamliner (B-787) təyyarəsi sərnişinlərdən birinin səhhətinin pisləşməsi ilə əlaqədar Bakıda enməli olub.
Bildirilir ki, nəticədə Londondan saat 19:00 radələrində çıxan və Al 130 reysi üzrə hərəkət edən Dreamliner Mumbayın Çatrapati Şivayi beynəlxalq hava limanına bu gün səhər saat 04:00-da çatmalı olsa da, məcburi enişlə əlaqədar təyyarənin Hindistana yerli vaxtla saat 13:00-da eniş edəcəyi gözlənilir.
Mənbə:> Oxu.Az