ABŞ-da seçki saxtakarlığı videosunun özü saxta çıxdı – VİDEO
ABŞ-da prezident seçkiləri ilə bağlı bəzi kütləvi informasiya vasitələrində “seçki saxtakarlığı” ilə bağlı videolar yayılıb.
Oxu.Az xəbər verir ki, həmin videolarda ABŞ-ın bəzi ştatlarında seçki saxtakarlığı baş verdiyi göstərilir.
Lakin aydın olub ki, həmin görüntülər saxtadır.
“Demokratların nümayəndələri bülletenlər atırlar” adlı saxta videonu “YouTube”-da yarım milyon amerikalı izləyib və tənqid edib.
Bəzi vətəndaşlar Federal Araşdırmalar Bürosunu bu məsələni araşdırmağa səsləyib.
Qısa zamanda məlum olub ki, görüntülər Rusiyadakı seçkilərə aiddir. Belə ki, ABŞ-ın İllinoys, Arizona və Pensilvaniya ştatlarında seçki məntəqələri Rusiya məntələrini xatırladır. Videoya diqqətlə baxanda kadrlarda ABŞ-ın deyil, Rusiyanın gerbi və bayrağının göründüyü məlum olur. Hətta çarxın üzərindəki zaman belə Rusiyada keçirilən seçkilərin vaxtı ilə üst-üstə düşür.
Mənbə:> Oxu.az