Rusiyada parlament seçkiləri keçirilir
Bu gün, sentyabrın 18-də, Rusiyada parlament və yerli hakimiyyət orqanlarına seçkiləri keçirilir.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, 7-ci çağırış Dövlət Dumasına seçkilərlə əlaqədar yerli vaxtla saat 08.00-da Moskva regionunda 7 mindən çox seçki məntəqəsi açılıb.
Moskva ilə bərabər saat 08.00-da Mərkəzi federal dairələrdə də seçki məntəqələri açılıb. Seçki prosesi yerli vaxtla saat 20.00-da başa çatacaq.
Seçkilrədə ümumilikdə 14 partiya iştirak edir.
Mənbə:> Oxu.az