Sentyabrın 14-dən referendumla əlaqədar bülletenlər paylanılacaq
Sentyabrın 14-dən referendumla əlaqədar seçki bülletenlərinin Dairə Seçki Komissiyalarına paylanılmasına başlanılacaq.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən növbəti iclasında çıxış edən MSK sədri Məzahir Pəhanov bildirib.
Onun sözlərinə görə, referendumu müşahidə etmək üçün dairələrdə artıq 46569 müşahidəçi qeydə alınıb.
M.Pənahov qeyd edib ki, dairələrdə müşahidəçilərin qeydiyyatı davam edir və bu, referenduma 5 gün qalana qədər davam etdiriləcək.
M.Pənahov deyib ki, referendumu izləmək üçün MSK-da 1057 müşahidəçi qeydiyyatdan keçib. Onların 777-i QHT nümayəndələridir.
Bildirilib ki, seçki günü müşahidəçilərin müraciətlərinə dərhal münasibət bildirilməlidir.
Mənbə:> Oxu.az