CNN: İŞİD silahlıları Mosulda 284 nəfəri edam edib » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

CNN: İŞİD silahlıları Mosulda 284 nəfəri edam edib

CNN: İŞİD silahlıları Mosulda 284 nəfəri edam edib


İraqın Mosul şəhəri ətrafında İŞİD terror qruplaşmasının silahlıları 284 nəfəri edam edib.

Aznews.info APA-ya istinadən xəbər veirr ki, bu barədə CNN telekanalı İraq təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat verib.

Məlumata əsasən, öldürülənlərin əksəriyyəti kişilərdir. Edam edilənlər arasında uşaqlar da olub. Silahlılar insanları güllələyərək qətlə yetirib, meyitləri buldozerlə ümumi məzara atıblar.

CNN-in xəbərinə əsasən, məlumat hələ ki rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, oktyabrın 17-də Mosulun terrorçulardan azad edilməsi uğrunda əməliyyat başlayıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *