İŞİD 80 nəfəri edam etdi
İŞİD terror qruplaşmasının yaraqlıları İraqın Mosul şəhəri yaxınlığında aralarında hüquq-mühafizə orqanlarının əməkdaşları da olmaqla 80 nəfəri güllələyiblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə yerli Alsumaria telekanalı öz mənbələrinə istinadən məlumat verir.
“İŞİD terrorçuları polis əməkdaşları, hərbçilər və qruplaşmanın ideolagiyası ilə razılaşmayanlar da daxil olmaqla, 80 nəfəri Naynava şəhərinin mərkəzində
Əl-Qazlani hərbi düşərgəsinin ərazisində güllələyərək edam ediblər”, - anonimliyini saxlayan mənbə bildirib.
Onun məlumatına əsasən, terrorçular insanları casusluqda və İraq höküməti ilə əməkdaşlıqda ittiham ediblər.
Mənbə:> Oxu.Az