Rusiya Patriarxı daha bir sosial şəbəkəyə qatıldı
Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin mətbuat xidməti “Telegram” messencerində kanal açıb.
Oxu.Az –ın məlumatına görə, İKT.lent.az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında informasiya verilib.
Abunəçilər burada (telegram.me/patriarch_press) Patriarx Kirillin həyatı və fəaliyyəti barədə məlumat ala biləcəklər.
Qeyd edək ki, Moskva və Bütün Rusiyanın Patriarxı “Vkontakte”, “Facebook” və “Twitter” sosial şəbəkələrində də profilə malikdir.
Mənbə:> Oxu.az