Rusiya patriarxı: Erməni “soyqırımı” olmayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Tarix, Dünya, Video

Rusiya patriarxı: Erməni “soyqırımı” olmayıb – VİDEO

Rusiya patriarxı: Erməni “soyqırımı” olmayıb


Bütün Rusiyanın patriarxı Kirill “Rossiya 1” telekanalına müsahibə verib, Lragir məlumat yayıb.

Oxu.Az xəbər verir ki, patriarx Kirill Yaxın Şərqdəki vəziyyətdən, xristian və müsəlmanların münasibətindən danışıb.

Onun sözlərinə görə, Suriyada, İraqda və digər yerlərdə xristianlar həddən artıq mürəkkəb vəziyyətdə olublar.

“Xristian və müsəlmanlar arasında münasibətlər heç də həmişə hamar olmayıb, zorakı islamlaşdırma, xristian ərazilərin işğalı kimi hallar yaşanıb. Lakin itkilərlə qeydə alınan hərbi əməliyyatları nəzərə almasaq, bu gün müşahidə olunan hallar heç vaxt baş verməyib”, - patriarx bildirib.

O, Osmanlı imperiyasını misal gətirib.

“Məsələn, türk imperiyasını, Osmanlını götürək. Orada xristian azlıqlar olub, lakin onları heç kim məhv etməyib, çünki dini icmalar arasında münasibətlərin bir nizamı olub”, - o deyib.

Qeyd edək ki, Rusiya Dövlət Duması 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyıb.

Müsahibəyə 7.50-ci saniyədən baxa bilərsiniz.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *