Roma papası xristian və müsəlmanları qardaş adlandırdı
Roma papası Fransisk Afrikaya səfəri zamanı xristian və müsəlmanların qardaş olduğunu bəyan edib.
Oxu.Az “BBC”-yə istinadən xəbər verir ki, bu barədə pontifik Mərkəzi Afrika respublikasının paytaxtı Bangidə məsciddəki müsəlmanlara müraciəti zamanı deyib.
Qeyd edilir ki, Afrikada olarkən Fransiskin səfərinin ən mürəkkəb hissəsi məscidə getməsi olub.
O, Mərkəzi Afrika respublikasının silahlı qruplaşmalarını “ədalət, məhəbbət, şəfqət və etibarlı barışıq” ilə silahlanmağa çağırıb.
Katolik kilsəsinin rəhbəri həmçinin dekabrda keçiriləcək seçkilərin ölkə üçün “yeni səhifə” açacağına ümid etdiyini bildirib.
Hərbi əməliyyatlar nəticəsində müsəlmanların əksəriyyəti respublikanın paytaxtı Bangini tərk edib, amma 15 min adam hələ də şəhərdə xristian milisinin mühasirəsində qalıb.
Mənbə:> Oxu.Az