Papa Türkiyəyə cavab verdi
Bazar günü keçirdiyi ayində 1915-ci il hadisələri barədə rəsmi Ankaranı hiddətlənirən açıqlamalar verən Roma papası fikirlərinə açıqlama gətirib. ANS PRESS-in məlumatına görə, katoliklərin ruhani lideri bildirib ki, baş vermiş hadisələr öz adıyla tələffüz olunmalıdır.
Fransisk İsa peyğəmbərin 12 həvarisindən nümunə göstərərək öz düşüncələrini əsaslandırmağa çalşıb:
“İsa peyğəmbər inancları səbəbindən pis rəftara məruz qalacaq 12 həvaridən Yuhanna və Petrusa, “Gördükləriniz və eşitdikləriniz qarşısında səssiz qalmayın” – deyib”.
Fransisk həmçinin kilsənin bu mesajının səmimiliyə və xristian cəsarətinə gedən yol olduğunu deyib.
Xatırladaq ki, Roma papası bazar günü ayinində 1915-ci il hadisələrini şərh edərkən qondarma erməni “soyqırımının” XX əsrin ilk soyqırımı olduğunu iddia etmişdi.
Papanın bu çıxışına ölkə prezidenti, baş nazir, xarici işlər naziri və s. rəsmilər kəskin reaksiya bildirib, Türkiyə Vatikandakı səfirini geri çağırımışdı.
Mənbə:> ANSPRESS