Rusiya Türkiyə vətəndaşları üçün viza rejimini tam ləğv etməyəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Rusiya Türkiyə vətəndaşları üçün viza rejimini tam ləğv etməyəcək

Rusiya Türkiyə vətəndaşları üçün viza rejimini tam ləğv etməyəcək


“Rusiya Türkiyədən işgüzar səfərlər üçün vizanın ləğvi məsələsini nəzərdən keçirə bilər, təhlükəsizlik səbəblərindən viza rejiminin tam ləğvindən söhbət gedə bilməz”.

Aznews.info Report-a istinadən xəbər verir ki, bunu bazar günü İstanbulda Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ilə görüşündən sonra jurnalistlərə açıqlamasında Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.

“Ümumilikdə vizasız mübadilə haqqında məsələ çox mürəkkəbdir, çünki bu, həmçinin son terror aktları (Türkiyədə - red.) ilə bağlı olan təhlükəsizlik məsələlərinə dayanır. Biz risklərin ərazimizə ixracını istəməzdik”, - deyə nazir əlavə edib.

O bildirib ki, Rusiyanın yeganə müzakirə edə biləcəyi məsələ işgüzar səfərlər üçün vizasız rejimdir.

“Bu da sadə məsələ deyil, lakin biz onun üzərində işləməyə hazırıq”, - deyə Ulyukayev bildirib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *