Moskva və Tehran sadələşdirilmiş viza rejiminə keçir
Fevralın 6-da Rusiya və İran arasında fərqli kateqoriyalara mənsub vətəndaşların qarşılıqlı səfərlərinə dair şərtlərin sadələşdirilməsinə dair saziş qüvvəyə minib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS Rusiya XİN-ə istinadən məlumat yayıb.
Sənəd 2015-ci ilin noyabr ayının 23-də Tehranda imzalanıb.
Saziş “Rusiya və İran vizalarının alınması üçün sadələşdirilmiş qaydalar, işgüzar dairələr, elmi, mədəni və yaradıcılıq fəaliyyətində iştirak edən şəxslər, tələbələr və müəllimlər, turistlər üçün” nəzərdə tutulur.
Moskvada 1-4 fevralda işgüzar səfərdə olan İranın ali liderinin beynəlxalq işlər üzrə müşaviri Əli Əkbər Velayətinin sözlərinə görə, “Tehranda Rusiya ilə turistik vizaların ləğv edilməsi məsələsi nəzərdən keçirilir”.
“Bu məsələ müzakirə eidlir, mən buna vasitəçilik edəcəm”, - o bildirib.
Velayəti işgüzar vizaların da ləğv edilməsinin lehinə olduğunu bildirib.
Mənbə:> Oxu.Az