Türkiyə vətəndaşları Avropaya vizasız gedə biləcəklər
Avropa İttifaqı Türkiyə vətəndaşlarına vizasız giriş təqdim edə bilər, RİA Novosti diplomatik mənbəyə istinadən bildirib.
Oxu.Az xəbər verir ki, bu qərar Ankara Brüsselin bir sıra şərtləri ilə razılaşdığı halda qəbul edilə bilər.
“Avropa İttifaqı Türkiyə vətəndaşları üçün vizasız giriş təmin edə bilər, bunun əvəzində isə Egey dənizinin şərq hissəsində yunanlar ilə türklərin müştərək patrul nəzarəti xidməti həyata keçirmələrini və Türkiyədə qaçqınların qəbulu və qeydiyyatı üzrə altı mərkəzin Avropa İttifaqı tərəfindən idarə edilməsini tələb edir”, - mənbə bildirib.
O qeyd edib ki, bu məsələ Aİ institutlarının rəhbərləri ilə, bazar ertəsi Belçikaya iki günlük səfərə başlayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə ediləcək.
Mənbə:> Oxu.Az