Rusiyada Kalaşnikovun 100 illiyi qeyd ediləcək
Rusiya prezidenti Vladimir Putin 2019-cu ildə Mixail Kalaşnikovun anadan olmasının 100 illiyini dövlət səviyyəsində keçirilməsi barədə fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, fərman hüquqi informasiya portalında dərc edilib.
“M.T.Kalaşnikovun yerli atıcı silah istehsalına verdiyi töhfələri nəzərə alaraq 2019-cu ildə onun 100 illiyinin keçirilməsinə dair hökumətin təklifi qəbul edilsin və tərkib təsdiqlənsin”, - sənəddə deyilir.
Prezident, həmçinin Rusiya hökumətinə “T.M.Kalaşnikovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi üzrə təlşkilat komitəsini yaratmaq və tərkibini təsdiqləməyi tapşırıb”.
Mixail Kalaşnikov 1919-cu ilin noyabrın 10-da Altayda doğulub.
Mənbə:> Oxu.az