Mutko: Rusiya 2019-cu ilin Avropa Oyunlarını keçirməyəcək » AzNews.info -Xəbər portalı

Mutko: Rusiya 2019-cu ilin Avropa Oyunlarını keçirməyəcək

Mutko: Rusiya 2019-cu ilin Avropa Oyunlarını keçirməyəcək


Rusiyanın idman naziri Vitali Mutko 2019-cu ilin Avropa Oyunlarının ölkəsində keçirilməsi ehtimalını istisna edib.

Oxu.Az “Ves Sport”a istinadən xəbər verir.

“Ölkəmizdə heç bir 2019-cu ilin Avropa Oyunları olmayacaq. Əvvəla, Rusiyada böyük idman yarışlarının təqvimi artıq çoxdan yazılıb.

İkincisi, belə böyük yarışların keçirilməsinə ərizə verməyin məqsədəuyğun olmadığı bir sıra səbəblər var – bu, həm cari iqtisadi, həm də siyasi vəziyyətdir.

Avropa Olimpiya Komitələrinin (EOK) İcraiyyə Komitəsinin nümayəndələri öz şəxsi rəyləri, şəxsi istəklərini ifadə edə bilərlər. Lakin mən təkrar edirəm: biz bu yarışları dəqiq keçirməyəcəyik”, - deyə, “Ves Sport” Mutkonun sözlərindən sitat gətirir.

Xatırladaq ki, EOK-un İcraiyyə Komitəsi 2015-ci ilin noyabrında bəyan etmişdi ki, Rusiya 2019-cu il Avropa Oyunlarının keçirilməsinə yeganə namizəddir.

İlk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *