Mutko: Bakıda təcrübəli idmançılar var idi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Mutko: Bakıda təcrübəli idmançılar var idi

Mutko: Bakıda təcrübəli idmançılar var idi


Bakıda keçirilən birinci Avropa Oyunlarında qazanılan qələbələrdən sonra Rusiya idmançıları boş dayanmamalıdırlar, Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunları-2016-ya hazırlaşmaq lazımdır.

Oxu.Az xəbər verir ki, bu barədə “R-Sport”a Rusiya Federasiyasının idman naziri Vitali Mutko bəyan edib.

“Ümumilikdə əksər idman növlərində çox gözəl iştirak ediblər, - Mutko telefonla bildirib. – Bakıda təcrübəli idmançılar və gənclər var idi. Amma mən artıq demişdim ki, Avropa Oyunları gələn ilin nəhəng hadisələrinə, Rioda keçiriləcək Olimpiadaya bir növ prelüdiyadır. Boş dayanmaq olmaz, irəliləmək lazımdır. Yaxın günlərdə Bakıda keçirilən oyunların nəticələri üzrə federasiya prezidentlərini toplayacağıq, idmançıların vaxtı yoxdur – onlar məşğuldurlar, diqqətlərini yayındırmaq istəmirik”.

Rusiya yığması Bakıda keçirilən Avropa Oyunlarında medal məqbulu üzrə 79 qızıl medal qazanaraq, birinci yeri tutub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *