Cəlilabadda Üzeyir Hacibəylinin anadan olmasının 131 illiyi və Milli Musiqi Günü ilə bağlı tədbir keçirildi
AzNews.info xəbər verir ki, Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə dahi bəstəkarımız Üzeyir Hacibəylinin anadan olmasının 131 illiyi və Milli Musiqi Günü təntənəli şəkildə qeyd edildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin əməkdaşları da iştirak edirdi. Tədbir Ulu öndərimiz Heydər Əliyevin heykəlinin önünə gül dəstələrinin qoyulması ilə başlanıldı. Gül qoyma mərasimindən sonra tədbir iştirakçıları mədəniyyət müəssisələrinin təşkil etdiyi sərgi ilə tanış oldular. Sərgi ilə tanışlıqdan sonra iştirakçılar Cəlilabad şəhər incəsənət və Göytəpə şəhər musiqi məktəblərinin şagird və müəllimlərinin ifasında dahi sənətkarımızın əsərlərindən ibarət geniş konsert proqramına tamaşa etdilər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov əlamətdar gün münasibəti ilə musiqiçiləri və tədbir iştirakçılarını təbrik edərək kollektivə işlərində uğurlar arzuladı.
Mənbə:> AzNews.info