FETÖ-çu “Petkim”in sabiq rəhbəri həbs olundu
Daha öncə saxlanılmış Türkiyənin “Petkim” neft-kimya kompleksinin sabiq baş direktoru Sadəddin Korqut həbs edilib.
Bu barədə Oxu.Az “DHA” agentliyinə istinadən məlumat verir.
Qeyd edək ki, o, iyulun 28-də Fətullah Gülən hərəkatı tərəfdarları ilə mübarizə çərçivəsində saxlanılmışdı.
S.Korqutdan başqa “Petkim”in daha öncə saxlanılmış daha 13 əməkdaşı da həbs edilib.
Mənbə:> Oxu.az