MTN-in daha üç əməkdaşı həbs olundu
Bu gün Milli Təhlükəsizlik Nazirliyinin daha üç əməkdaşı həbs olunub.
Virtualaz.org saytına bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.
Məlumata görə, həbs olunanlardan biri Mehman Abdullayevdir.
MTN əməkdaşlarının həbsi bu nazirlikdə aparılan kadr təmizləməsi çərçivəsində Baş Prokurorluq tərəfindən həyata keçirilib.
Mənbə:> Virtualaz.org