Cahangir Hacıyevin bacanağı həbs edildi
Azərbaycanda ölkənin əsas bankı olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin bacanağı, biznesmen İsmayıl Hidayətzadə həbs edilib.
AzNews.info xəbər verir ki, bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən məlumat daxil olub.
Məlumata görə, İsmayıl Hidayətzadə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. Biznesmen CM-nin 178.3.2-ci maddəsi ilə ittiham olunur. İ.Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün Beynəlxalq Bankdan 100 milyon dollar kredit götürübmüş. İstintaq bu kreditlərin təyinatı üzrə xərclənməsinə şübhə ilə yanaşır.
Qeyd edək ki, İ.Hidayətzadə DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (“Bandotdel”) istintaq təcridxanasında saxlanılır.
Mənbə:> Virtualaz.org