“Bandotdel” daha bir biznesmeni azad etdi » AzNews.info -Xəbər portalı

“Bandotdel” daha bir biznesmeni azad etdi

“Bandotdel” daha bir biznesmeni azad etdi


Bu məlumatı virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələr verib.

Məlumata görə, biznesmen Adnan Məmmədovun adı Azərbaycan Beynəlxalq Bankının Dubay filialındakı maliyyə pozuntuları məsələsinə dair işdə keçirdi.

Qeyd edək ki, bu iş üzrə daha bir biznesmenin adı keçir. Bu, Azərbaycan Beynəlxalq Bankının Dubay filialının keçmiş rəhbəri Adil Hüseynovdur. Adil Hüseynov Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilən və daha çox “qara polkovnik” kimi tanınan Fətulla Hüseynovun oğludur.

Biznesmen Adnan Məmmədov həbs edilən Adil Hüseynovun qaynıdır.

Xatırladaq ki, kredit qalmaqalına görə saxlanmış daha bir iş adamı - oliqarx Hacı İbrahim Nehrəmli də dünən "Bandotdel"dən sərbəst buraxılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *