Ərdoğan Türkiyə xalqına müraciət etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciət edərək ölkədəki vəziyyətə təmkinli yanaşmağa çağırıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə əsasən, Ərdoğan çıxışında bildirib ki, Türkiyədə çevriliş cəhdindən sonra həbs olunan hərbçilərin və mülki şəxslərin sayı 13156 nəfər təşkil edib. Onların arasında 126 general var.
Prezident bütün dövlət təşkilatlarının Fətullah Gülənin tərəfdarlarından təmizlənəcəyinə söz verib.
“Ölkəmiz sağalmağa doğru gedir. Türkiyə iqtisadiyyatı sabitliyi saxlayır və inkişaf edir. Gələcəkdə çox mühüm layihələrin həyata keçirilməsi gözlənilir”, - Ərdoğan deyib.
Mənbə:> Oxu.az