Rusiya Türkiyəyə uçuşları bərpa etdi
İyulun 2-dən Rusiya Türkiyə ilə müntəzəm hava əlaqəsini bərpa edir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
“Rusiya vətəndaşlarının Türkiyə ərazisində və aeroportlarında təhlükəsizliyinə dair təcili tədbirlərin yerinə yetirildiyi Türkiyə tərəfindən təsdiqləndikdən sonra 22 iyuldan bütün aviaşirkətlər tərəfindən müntəzəm əlaqələr bərpa ediləcək”, - məlumatda deyilir.
Rusiya Nəqliyyat Nazirliyi tərəfindən bu informasiya təsdiqlənib.
Türkiyə ilə mütəmadi hava əlaqəsi iyulun 16-da bir qrup hərbçinin dövlət çevrilişinə cəhdindən sonra dayandırılmışdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, qiyam nəticəsində qiyamçılar daxil olmadan 246 nəfər ölüb, 2 min nəfər isə yaralanıb.
Mənbə:> Oxu.az