Rusiya Türkiyəyə uçuşları qadağan etdi
Rusiya təyyarələrinə terror təhlükəsi olduğu üçün Türkiyə ilə hava nəqliyyatı tamamilə kəsilməlidir.
Axar.az xəbər verir ki, bu sözlər Rusiya Dumasının vitse-spikeri Nikolay Leviçevin Rosaviasiyanın rəhbəri Aleksandr Neradkoya göndərdiyi məktubda yer alıb.
Onun sözlərinə görə, Türkiyə aeroportlarında terror təhlükəsinə qarşı lazımlı tədbirlər görülənə qədər bu əlaqələr dayandırılmalıdır.
Qeyd edək ki, Rusiya bir müddət öncə Türkiyəni terror təhlükəsinin yüksək olduğu ölkələr sırasına salıb.
Mənbə:> Axar.az