Fransada yeni terror təhlükəsi
Fransa polisi son aylar ərzində beş terror hücumunun qarşısını alıb.
ANS PRESS-in məlumatına görə, bu barədə baş nazir Manuel Valls bildirib.
Valls deyib ki, son hücum planı Paris yaxınlığındakı kilsələrə qarşı olub. Bazar günü iddia edilən plana görə əlcəzairli şəxs həbs edilib. O, təsadüfən özünü güllələyib və təcili yardım çağırıb.
“Təhlükə heç vaxt bu qədər yüksək olmayıb” deyə Valls Fransa radiosuna bildirərək “Biz tariximiz boyu heç vaxt belə terrorla üzləşməmişik” əlavə edib.
Qeyd edək ki, Fransa, “Charlie Hebdo” jurnalına və yanvar ayında 17 nəfərin ölümü ilə nəticələnən yəhudi dükanına hücumun ardından təhlükəsizliyi gücləndirib.
Mənbə:> ANSPRESS