Səfirliklərin terror qorxusu
Fransanın Rusiyadan başqa, bütün ölkələrdəki səfirliklərinin mühafizəsi terror təhlükəsi ilə əlaqədar olaraq gücləndirilib.
ANS PRESS-in RİA "Novosti"yə istinadla verdiyi məlumata görə, Fransanın Moskvadakı səfirliyinin əməkdaşı bildirib ki, həqiqətən səfirliklərin mühafizəsi gücləndirilib. Belə təcrübə həmişə var, əgər Fransada terror aktı olursa, bütün dövlətlərdəki səfirliklərin qorunması daha ciddi təmin olunur, əlavə polis bölməsi cəlb edilir və axşamdan səhərədək növbə çəkilir."
Diplomat vurğulayıb ki, səfirliyin müdafiəsi xarici ölkələrin təhlükəsizlik idarələri ilə razılıq əsasında Fransa hökuməti tərəfindən reallaşdırılır. Yalnız səfirliklərin deyil, həm də xarici ölkələrdə fəaliyyət göstərən fransız müəssisələrinin mühafizəsi nəzarətdə saxlanılır.
Mənbə:> ANSPRESS