Türkiyə Silahlı Qüvvələri açıqlama yayıb
Türkiyə Silahlı Qüvvələri (TSK) ölkədə baş verən son hadisələrlə bağlı açıqlama yayıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, açıqlamada bildirilib ki, FETÖ terror təşkilatının iyulun 15-də axşam saatlarında başladığı dövlət çevrilişi cəhdinin qarşısı iyulun 17-də günorta saatlarında tam alınıb.
“Hazırda Türkiyə Silahlı Qüvvələrində nəzarət tam ələ keçirilib. Türkiuə Cümhuriyyətinə, Silahlı Qüvvələrə və türk millətinə bu rəzaləti, zülmü yaşadan alçaqlar ən ağır şəkildə cəzalandırılacaqlar”.
Mənbə:> Oxu.az