Türkiyə və Azərbaycan birgə silahlı qüvvələri təkmilləşdirir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Türkiyə və Azərbaycan birgə silahlı qüvvələri təkmilləşdirir

Türkiyə və Azərbaycan birgə silahlı qüvvələri təkmilləşdirir


Türkiyə, Azərbaycan və Qazaxıstan TAKM layihəsi çərçivəsində birgə silahlı qüvvələrin təkmilləşdirilməsi üzrə işlər aparır.

AzNews.info xəbər verir ki, bunu Trend-in Türk Xəbərlər Xidmətinə eksklüziv müsahibəsində Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz deyib.

Onun sözlərinə görə, Avropa və Aralıq Dənizi Ölkələrinin Hərbi Statuslu Polis və Jandarmlar Assosiasiyası (FIEP) çərçivəsində 2011-ci ildən başlayaraq qazanılmış təcrübənin Mərkəzi Asiya və Qafqaz ölkələri ilə mübadiləsi məqsədilə iş aparılır.

Qeyd edək ki, 2013-cü ilin fevralında Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın iştirakı ilə TAKM (iştirakçı ölkələrin baş hərfləri) - 4 ölkənin birgə silahlı qüvvələri yaradılıb.

Təşkilat Avrasiya regionunda yerləşən hərbi statuslu hüquq-mühafizə təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə təsis edilib.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *