İŞİD-in Əfqanıstan və Pakistandakı lideri məhv edilib
ABŞ Hərbi-Hava Qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində Əfqanıstanda İŞİD terror qruplaşmasının liderlərindən biri Ömər Xəlifə zərərsizləşdirilib.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə iyulun 13-də Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib.
Onun sözlərinə görə, Nanqarxar əyalətinə endirilən aviazərbələr zamanı Ömər Xəlifə ilə birgə “İŞİD-Xorasan” qruplaşmasının 4 üzvü də məhv edilib.
“Xəlifə Pakistanda bir sıra terror aktlarının təşkilatçısı olub. O, 2016-cı ildə Baça-Xan şəhərində universitetə, 2015-cı ildə Badaber şəhərində hərbi bazaya, 2014-cü ildə isə Peşəvər şəhərində məktəbə edilən hücumlara bilavasitə rəhbərlik edib”, - deyə P.Kuk bildirib.
Mənbə:> Oxu.Az