İŞİD birinci Olimpiadanı keçirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

İŞİD birinci Olimpiadanı keçirdi

İŞİD birinci Olimpiadanı keçirdi

“İslam dövləti” (İŞİD) ekstremist qruplaşmanın yaraqlıları işğal edilmiş İraq şəhəri Tal-Afarda Olimpiya oyunlarına bənzər yarışlar təşkil ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə “The Daily Express” məlumat yayıb.

Tədbirlər beş yaşından böyük uşaqlar üçün keçirilib. Qaliblər şirniyyatla mükafatlandırılıblar.

Yerli sakinlər jurnalistlərə yarışları terroristlərin təşkil etdiyini bildiriblər.

“Çox mənasız oyunlardır – musiqi sədaları altında stulların başına fırlanmaq və ip çəkmə. İŞİD yaraqlıları oyunları başladılar, sonra isə şəhər sakinlərini bu oyunlara qoşulmağa çağırdılar. Kim etiraz edə bilərdi ki?”, - yerli sakin deyib.

Onun sözlərinə görə, ekstremistlərin özləri də yarışlarda iştirak edirdilər. Sakinlər “başlarının kəsilməsi qorxusu altında” onların təşkil etdiyi yarışlara qoşulmağa üstünlük veriblər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *