Klintondan Trampa kəskin cavab
Demokrat partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton Tvitterdə Respublika partiyasının namizədi Donald Trampın tənqidinə kəskin cavab verib.
Oxu.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Obama Qanuna məhəl qoymayan Hillarini dəstəklədi. O, daha dörd Obama ili istəyir, amma bunu ondan başqa heç kim istəmir!”, – ABŞ-ın hazırkı prezidenti Barak Obamanın sabiq dövlət katibini cari seçkilərdə dəstəkləməsinə Tramp belə şərh edib.
O, bu yolla Klintonun dövlət yazışmalarında səhvlərə yol verdiyinə eyham vurub.
Cavab olaraq Klinton Trampa yazıb:
“Hesabını ləğv et”.
Daha öncə Hillari Klintonun ABŞ-ın Demokrat partiyasından yeganə namizəd olmaq üçün seçicilərin yetərli səs sayına malik olduğu barədə məlumat yayılmışdı.
Mənbə:> Oxu.Az