İranda gənclərə şənliyə görə 99 şallaq vurulacaq
İranda əxlaq polisinin əməkdaşları tərəfindən buraxılış bayramları zamanı ölkənin mənəvi kodeksini pozduqlarına görə saxlanılan 30-dan çox gənc 99 şallaq cəzasına məhkum edilib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Qəzvin şəhərinin prokuroru bildirib ki, gənclər yığıncaqda spirtli içki qəbul ediblər, həmçinin rəqs edərək əxlaqsız davranış nümayiş etdiriblər.
Məmurun sözlərinə görə, istintaqa cəmi bir gün vaxt sərf olunub.
Qeyd edək ki, İranda spirtli içkilərin qəbulu və kişilərinq adınlarla rəqsi qadağandır.
Mənbə:> Oxu.Az