İranda 150 ayıltma məntəqəsi açılacaq
İran hakimiyyəti il ərzində 150 alkoqolizm ilə mübarizə mərkəzi açmağı planlayır, bu barədə bazar ertəsi İSNA agentliyi bildirib.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, hakimiyyət bu qərarı, İranda istifadəsi qadağan edilən alkoqolun istehlakının artması ilə əlaqədar qəbul edib.
Rəsmi məlumata əsasən, hal-hazırda 200 mindən artıq iranlı alkoqolizmdən əziyyət çəkir.
Agentlik xatırladır ki, ilk ayıltma məntəqəsi Tehranda 2013-cü ilin sonunda açılıb.
İranda alkoqol istifadəsi 1979-cu ildən - İslam inqilabından sonra qadağan edilib.
Mənbə:> Oxu.Az