İranda Azərbaycan kanalı açılır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

İranda Azərbaycan kanalı açılır

İranda Azərbaycan kanalı açılır


Bu gündən İran İslam Respublikasında Azərbaycan dilində 24 saat ərzində yayımlanması nəzərdə tutulan yeni telekanal fəaliyyətə başlayacaq.

ANS PRESS-in məlumatına görə, bu kanalda həm mədəni, həm də ictimai-siyasi proqramlar yayımlanacaq.

Bu fikri ötən həftələrdə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının (İRTT) xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgəri deyib. M.Əxgərinin sözlərinə görə, İRTT dünyanın müxtəlif dillərində radio-televiziya kanallarının yayımı ilə məşğuldur: “İRTT tərəfindən yayımlanan 31 radio-televiziya kanalından 6-sı televiziya kanalıdır. Bu televiziya kanalları müxtəlif proqramları yayır: bəziləri xəbər, bəziləri isə kinofilmlərin nümayişini həyata keçirir. Yeni televiziya kanalının əsas məqsədi hər iki ölkənin müştərəkliyinə və əlaqələrinin daha da yaxınlaşdırılmasına xidmət etməkdir. Çox istərdik ki, bu kanal Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1” üzərindən yayımlansın”.

M.Əxgəri yeni kanalın fəaliyyətə başlaması münasibətilə İranda açılış mərasiminin təşkil olunacağını qeyd edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *