Nuşirəvan Məhərrəmov barədə sərəncam verildi
Azərbaycan prezidenti İlham Əliyev Nuşirəvan Umud oğlu Məhərrəmovun Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, N. Məhərrəmov 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.
Qeyd edək ki, Nuşirəvan Məhərrəmov Milli Televiziya və Radio Şurasının sədri vəzifəsində çalışır.
Mənbə:> ANSPRESS