İranda qadın rəssam kişi ilə əl sıxdığı üçün məhkəmə qarşısına çıxacaq
O, karikaturaya görə həbsxanada cəza çəkir.
Məmurların karikaturasını çəkdiyi üçün həbsxanada cəza çəkən iranlı rəssam Atena Farqadani məhkəmə qarşısına çıxacaq. The Independent yazır ki, səbəb onun kişi vəkili Muhammed Mohimi ilə əl sıxması olub.
AzNews.info Lenta.ru-ya istinadən xəbər verir ki, nəşrin məlumatına əsasən, müdafiəçi 29 yaşlı qadını ziyarət edib və görüş zamanı onlar əl sıxıblar, bu isə İranda qadağandır. Rəssam qadının hərəkətini əxlaqsız davranış kimi qiymətləndiriblər. Eyni ittiham onun vəkilinə qarşı da sürülüb.
İlin əvvəlində Farqadanini iranlı məmurları meymun və keçi şəklində təsvir etdiyi karikaturaya görə, 12 il 9 ay müddətinə azadlıqdan məhrum ediblər. Onu “milli təhlükəsizliyə qarşı əlbir olmaqda”, eləcə də “incəsənət vasitəsilə parlament üzvlərinin təhqir edilməsi” üzrə təqsirkar biliblər.
Karikatura rəssamın ölkə hakimiyyətinin könüllü sterilizə edilməsinə və kontraseptik vasitələrə əlçatanlığın məhdudlaşdırılmasına dair qadağasına etirazı idi. Rəssam çəkdiyi rəsmi öz Facebook səhifəsində paylaşmışdı.
Mənbə:> AzNews.info